Qazaxıstanla ticarət dövriyyəsində müsbət dinamika mövcuddur

2025.04.09 17:19 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 33,2 faiz artaraq 71,8 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Qazaxıstana ixrac: 12,1 milyon dollar (+67,1 faiz)

Qazaxıstandan Azərbaycana idxal: 59,7 milyon dollar (+27,9 faiz)

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0,8 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi