Cari ilin 6 ayı ərzində İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 100,7 milyon manat ipoteka krediti verilib

2019.08.01 17:47 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 100,7 milyon manat ipoteka krediti verilib. Məlumatda bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır. Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 25,2 faiz artaraq 135,6 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9 faiz azalaraq 40 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 60 faiz azalaraq 20 milyon manat olub.