ADB Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

2025.04.09 12:42 (UTC+04:00)

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,8 faiz bəndi artıraraq 3,4 faizə yüksəldib.

Bu barədə bankın "Asiyanın İnkişaf Perspektivləri" hesabatının aprel sayında bildirilir.

ADB-nin ötən ilin sentyabr ayında dərc etdiyi hesabatda bu il üçün 2,6 faiz səviyyəsində artım proqnozlaşdırılırdı.

2026-cı ildə isə artımın 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.