Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 7,3 milyon manat olub

2025.04.09 09:40 (UTC+04:00)

2025-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1 milyon manat olub və proqnoz 101,3 faiz icra edilib. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 7,3 milyon manat təşkil edib və proqnoz 113,8 faiz icra olunub.