Azərbaycanda problemli kreditlərin həcmi son 1 ildə 15 faizə yaxın azalıb

2019.08.01 17:21 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1.486,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, iyunun 1-i ilə müqayisədə 0,5 faiz azdır. İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2 faiz, son 1 ildə isə 14,85 faiz azalıb. İyunun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 11 faiz olub. Bu nisbət mayın sonuna 11,3 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il iyunun sonuna isə 14,4 faiz təşkil edib.