Kanada ilə ticarət dövriyyəsi kəskin artıb

2025.04.08 10:16 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 43,7 dəfə artaraq 93,6 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Kanadaya ixrac: 409,8 min dollar (+2 dəfə)

Kanadadan Azərbaycana idxal: 93,2 milyon dollar (+48,1 dəfə)

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 1 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi