Azərbaycanın pul bazası, AMB-nin valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb

2019.08.01 16:47 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyulun 31-nə 5.962,8 mln. ABŞ dolları təşkil edib. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 337,1 mln. dollar və ya 6 faiz çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 415,9 mln. dollar və ya 7,5 faiz artıb. Mərkəzi Bank Azərbaycanda pul bazası ilə bağlı da məlumat yayıb. Bildirilir ki, bu ilin iyulun 31-nə Azərbaycanda pul bazası 10.574,3 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 1.028,6 mln. manat və ya 10,8 faiz çoxdur. Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda pul bazası 1.685,4 mln. manat və ya 19 faiz artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.