Bakıda əhaliyə 2.485,5 mln. manatlıq ödənişli xidmətlər göstərilib

2019.08.01 16:18 (UTC+04:00)

Bakı Şəhər Statistika İdarəsi Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ilə bağlı məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2.485,5 mln. manat olub. Qeyd olunur ki, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 1.938,1 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 78 faizini təşkil edib. Cari ilin ilk yarısında hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri illik müqayisədə 399,4 mln. manat və ya 26 faiz artıb.