Bakının ticarət dövriyyəsinin həcmi 3 faiz artaraq 9.987,0 mln. manat olub

2019.08.01 15:27 (UTC+04:00)

Bakı Şəhər Statistika İdarəsi ticarət dövriyyəsi ilə bağlı məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 9.987,0 mln. manat olub. Qeyd olunur ki, hesabat dövründə Bakının ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 4.617,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 5.369,5 mln. manata bərabər olub. İstehlak məhsullarının 27,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.