Gürcüstanla ticarət dövriyyəsində dinamika müsbətdir

2025.04.03 14:44 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 16,7 faiz artaraq 148,5 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Gürcüstana ixrac: 130,2 milyon dollar (+13,1 faiz)

Gürcüstandan Azərbaycana idxal: 18,3 milyon dollar (+50,5 faiz)

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstanla ticarətin payı 1,66 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi