BMT-nin İnkişaf Proqramı tərəfindən 1.000-ə yaxın ailə özünüməşğulluq proqramı üzrə aktivlə təmin ediləcək

2019.08.01 15:08 (UTC+04:00)

Ötən il özünüməşğulluq proqramı çərçivəsində 6 min ailə mikro və kiçik biznesə başlamaq üçün aktivlərlə təmin edilib. Dövlət başçısının göstərişinə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilib və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il həmin proqramla əhatə edilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu ilin ötən dövründə özünüməşğulluq proqramı üzrə artıq 4 min nəfərin təlimlərdən keçirildiyi, 1.100 nəfərə isə aktivlərin verildiyi bildirilib. Məlumata görə, əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1.000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən aktivlə təmin ediləcəkdir.