Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib

2025.03.19 11:21 (UTC+04:00)

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzlər Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində 4SİM-in ev sahibliyi etdiyi Dördüncü Sənaye İnqilabı Azərbaycan mərkəzinin yeni vebsaytı (https://www.c4irazerbaijan.org/) istifadəyə verilib.

Platformada 4Sİ Azərbaycan mərkəzinin fəalyyəti, DİF ilə birgə icra etdiyi layihələr və təşəbbüslər barədə məlumt öz əksini tapıb.

Azərbaycanlı istifadəçilər sayt üzərindən 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan 1000-ə yaxın tərəfdaşlıq şəbəkəsinə, eyni zamanda 200-dən çox çoxşaxəli təşəbbüsə qoşulmaq imkanı əldə edəcəklər.

Platformaya üzv olmaq istifadəçilərə üçün qlobal ekspert şəbəkəsinə çıxış, icra olunan təşəbbüslərdə iştirak və peşəkarlar və innovatorlarla əlaqə imkanı verəcək.