Avropa İttifaqı Lənkəranda kənd təsərrüfatı layihələrinə 13 mln. avro kredit ayıracaq

2019.08.01 13:07 (UTC+04:00)

Avropa İttifaqı-Azərbaycan tvinninq layihəsinin təqdimat mərasimində iştirak edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə sentyabr ayından etibarən Avropa İttifaqı (Aİ) Lənkəranda kənd təsərrüfatı sektorunun inkişafına 13 mln. avro kredit ayıracaq. S.Qatti bildirib ki, bu layihə bir neçə komponentdən ibarətdir: "Birinci komponent çərçivəsində yerli icmalara qrantların verilməsini nəzərdə tutulur. Digər istiqamət isə ixrac potensialının, xüsusi ilə də kənd təsərrüfatı məhsullarının ixrac potensialının gücləndirilməsidir ki, burada əsasən diqqət meyvəçilik və tərəvəzçiliyə yönəldilib".