Bu ilin yanvar-fevral aylarında ölkədə 478,3 kq qızıl və 776,6 kq gümüş hasil edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 81,4 faiz və ya 214,7 kq, gümüş hasilatı isə 36,8 faiz və ya 208,9 kq artıb.
Cari ilin mart ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 160,4 kq və 668,9 kq təşkil edib.