SOCAR-a İsrailin Eksklüziv İqtisadi Zonasında kəşfiyyat üçün lisenziyalar təqdim edilib

2025.03.17 16:14 (UTC+04:00)

“İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir”.

Bu barədə sosial şəbəkə hesablarında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.