2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 40,2 faiz artaraq 4 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Aİ ölkələrinə ixrac: 3,55 milyard dollar (+40,8 faiz)
Aİ ölkələrindən Azərbaycana idxal: 486,9 milyon dollar (+36,1 faiz)
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 45,41 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 5,5 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi