Azərbaycan xarici bazarlara nar ixracını artırıb

2025.03.13 18:00 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində ölkədən 3 370,5 min dollar dəyərində 3 847,1 ton nar ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nar ixracında həcm olaraq 37,3 faiz, dəyər olaraq 34,2 faiz artım qeydə alınıb.