Daha bir layihə üzrə güzəştli kredit ayrılıb

2025.03.13 12:04 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən elektrik naqillərinin istehsalı layihəsi üzrə 450 min manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, güzəştli kredit "Çıraq İnşaat" MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.