547 layihə üzrə 32,1 milyon manat güzəştli kredit verilib

2025.03.12 17:02 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 509 yeni iş yerinin yaradılması nəzərdə tutulur.