2025-2026-cı illərdə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır

2025.03.12 14:00 (UTC+04:00)

Mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.

Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər.