İspaniya ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

2025.03.11 17:48 (UTC+04:00)

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüşdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, bu gün keçirilmiş Azərbaycan – İspaniya biznes forumunun və iki ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərimizi bölüşdük.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.