Ötən il Azərbaycan və İspaniya arasında ticarət dövriyyəsi 300 milyon dollardan çox olub

2025.03.11 11:40 (UTC+04:00)

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında Strateji İqtisadi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.

Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-İspaniya biznes forumunda deyib.

O qeyd edib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 300 milyon dollardan çox olub: “İspaniya Azərbaycanın və Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli imkanlar var”.

AZƏRTAC