Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,4 faiz artıb

2025.03.11 11:31 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında 1 mart 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 20.175, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faiz artaraq 561 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4 faiz artıb və 5.944 təşkil edib.