Qadın sahibkarlar dövlətin güzəştli maliyyə mexanizmlərindən yararlanırlar

2025.03.07 15:31 (UTC+04:00)

Son 5 il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1219 qadın sahibkara 66,6 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 1338 yeni iş yerinin yaradılması nəzərdə tutulub.