"Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilib

2019.07.31 17:57 (UTC+04:00)

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunun qüvvəyə minməsi ilə bağlı Fərman imzalayıb. Dəyişiklikdən sonra Qanuna 17.6-1. maddə əlavə olunub.

Beləliklə, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.