Azərbaycan turizm sahəsində də tranzit ölkəyə çevrilir

2019.07.31 17:22 (UTC+04:00)

İyulun 22-dən 29-na qədər Azərbaycan vasitəsilə Gürcüstana 3.974 Rusiya vətəndaşı səfər edib. "Report"un məlumatına görə, bu barədə TBC Bankın "TBC Research" bölməsinin araşdırmasında bildirilib. İllik müqayisədə Azərbaycan sərhədindən Gürcüstana daxil olan rusiyalı turistlərin sayı 1,6 faiz artıb. İyulun dördüncü həftəsində qonşu ölkəyə Rusiyadan, ümumilikdə, 53.682 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azdır. Rusiyalı turistlərin böyük əksəriyyəti – 50.062 nəfəri Gürcüstana quru yolu vasitəsilə yollanıb. Bu göstəricidə 14,8 faiz artım qeydə alınıb.