Amortizasiya ayırmalarının gəlirdən çıxılması

2019.07.31 16:14 (UTC+04:00)

Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Buna əsasən, tikili üzrə illik amortizasiya normasına (7 faizə) 1,5 əmsalı tətbiq edilməklə və amortizasiya norması 10,5 faizə (7% x 1,5 = 10,5%) bərabər götürülməklə hesablanmış 5.250 manat (50.000 x 10,5%) məbləğ gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsi, 114.3-2-ci maddə