“Sahibkarların qeyri-neft sektorunda uğurlu fəaliyyəti dayanıqlı inkişafa və özəl sektorun iqtisadiyyatda payının artmasına töhfələr verir”. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
"Belə biznes subyektlərindən biri "Balxurma" MMC-dir. Məhsullarını xarici ticarət platformalarına ixrac edən şirkət "Made in Azerbaijan" brendinin təşviqində, yerli istehsalın artırılmasında və yeni iş yerlərinin yaradılmasında fəal iştirakçılardandır", - nazir əlavə edib.