Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanır

2019.07.31 15:04 (UTC+04:00)

Bu fikirləri APA-nın yerli bürosuna Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib. Nazir bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır: "Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyində olan "Türkiye Demiryolu Makinaları Sanayi A.Ş."nin (TÜDEMSAŞ) istehsalı olan 150 ədəd yeni və milli yük vaqonu BTQ-nin yükdaşımalarında istifadə olunur. Xüsusilə Türkiyə-Azərbaycan arasında istifadə oluna biləcək vaqonların TÜDEMSAŞ tərəfindən istehsalı məqsədilə işlərə başlanıb. Buna görə azərbaycanlı həmkarlarımızdan bir ədəd EA (tökmə yüklərdə istifadə olunan, yandan və üstdən yüklənən, kənarları yüksək, üstüaçıq vaqonlar – red.) tipli vaqon alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İlin sonunadək iki ədəd yeni sınaq vaqonlar istehsal ediləcək". Mehmet Cahit Turhan Azərbaycan tərəfinin 600 ədəd yük vaqonuna ehtiyacı olduğunu bildirib. "Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma ərəfəsindədir". Nazir bildirib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsindən xəbər verir: "Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini artırır".

Nazir qeyd edib ki, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha da sıx xarakter alıb: "Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır".