Alkoqolsuz içkilərin istehsalında artım var

2025.02.28 13:15 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkədə 2 887,1 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə istehsal 14,2 faiz və ya 358 min dkl artıb.

Fevral ayının 1-nə hazır məhsul ehtiyatı isə 977,7 min dkl təşkil edib.