Xorvatiya – Azərbaycan İnvestisiya Forumu keçiriləcək

2025.02.28 09:42 (UTC+04:00)

“Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfərimiz başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya – Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.