Əkinçiliyin inkişafı layihəsi üzrə güzəştli kredit ayrılıb

2025.02.27 17:00 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən əkinçiliyin inkişafı layihəsi üzrə 30 min manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, güzəştli kredit sahibkar Bəşarət Əliyevə verilib. Layihənin maliyyələşdirilməsi “Yelo Bank" ASC vasitəsilə həyata keçirilib.