Rusiya banklarının faiz dərəcələrini azaltması fonunda əmanətlərin məbləği artıb

2019.07.31 13:41 (UTC+04:00)

Bu il iyulun 1-nə Rusiyada əhalinin banklardakı əmanətlərinin məbləği 28.982,5 trilyon rubl (təxminən 456 milyard ABŞ dolları) təşkil edib. Bu barədə ölkənin Əmanətlərin Sığortalanması Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, fiziki şəxslərin banklardakı pulları ilin əvvəlindən bəri 4,1 faiz, son 1 ildə isə 2,5 faiz artıb. Maraqlıdır ki, əmanətlərin artımı Rusiya banklarının illik faiz dərəcələrini azaltması fonunda baş verib. Yanvar-iyun aylarında orta əmanət faizi 7,1 faizdən 6,5 faizə düşüb. Buna səbəb aparıcı bankların əmanətləri ucuzlaşdırmasıdır. Belə ki, ilk 100-lüyə daxil olan 47 bank əmanət faizlərini azaldıb, 39 bank artırıb, 14 bank isə sabit saxlayıb.