Omanla birgə investisiya layihələri barədə müzakirələr aparılıb

2025.02.25 16:55 (UTC+04:00)

“Omanın "Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələrini ölkəmizdə qarşılamaq xoş oldu. Birgə investisiya layihələri və digər potensial əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.