Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

2025.02.25 10:14 (UTC+04:00)

Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin.

Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan biznes forumunda söyləyib.

Baş nazir, həmçinin bildirib: “Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər”.

AZƏRTAC