Azərbaycanda bankomatların sayı 4 faiz artıb

2019.07.31 11:30 (UTC+04:00)

Azərbaycanda fəaliyyət göstərən bankların ATM-lərinin sayı artıb. Bu haqda məlumatı APA Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən yayıb. Məlumata görə, cari il iyunun 30-na Azərbaycandakı bankların 513 filialı, 129 şöbəsi və 2.571 ATM-i fəaliyyət göstərib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 0,4 faiz, 10,9 faiz və 3,6 faiz artıb.