Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

2025.02.21 12:16 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Anar Axundov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində duran məsələlər, o cümlədən iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.