Yanvarda 35,5 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

2025.02.20 11:29 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkədən 35,5 milyon ABŞ dolları dəyərində 113,7 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 61 faiz və ya 13,4 milyon dollar, həcm baxımından isə 5,6 faiz və ya 6 min ton çoxdur.

Qeyd edək ki, 2025-cü ilin ilk ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,17 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 14,46 faizə bərabər olub.