Bu ilin iyun ayının sonuna Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı aylıq və illik müqayisədə artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, iyunun 30-nə ölkədə fəaliyyət göstərən banklarda 18.288 işçi çalışıb ki, bu da cari ilin may ayı ilə müqayisədə 0,5 faiz (97 nəfər), illik müqayisədə isə 9,3 faiz (1.551 nəfər) çoxdur.