İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara 23,8 milyon manat güzəştli kredit verilib

2025.02.19 18:10 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarları güzəştli kreditlərlə təmin edir.

Fondun məlumatına görə, 2022-2024-cü illər ərzində bu ərazilərdə icra olunan 10 layihə üzrə SİF tərəfindən ümumilikdə 23,8 milyon manat güzəştli kredit verilib.