Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

2025.02.19 10:59 (UTC+04:00)

2025-ci ilin yanvar ayında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 32 faiz artaraq 556,4 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan MDB ölkələrinə ixrac: 120,2 milyon dollar (+19,4 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 436,2 milyon dollar (+35,9 faiz)

Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 10,9 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi