Asiya İnkişaf Bankı ilə müzakirə aparılıb

2025.02.17 19:31 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində AİB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.

AİB tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.