Belarus ilə ticarət dövriyyəsi 40 faizdən çox artıb

2025.02.17 11:02 (UTC+04:00)

2024-cü il ərzində Azərbaycanın Belarus ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 41,9 faiz artaraq 506,1 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Belarusa ixrac: 48,4 milyon dollar (+52,4 faiz)

Belarusdan Azərbaycana idxal: 457,6 milyon dollar (+40,9 faiz)

2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belarus ilə ticarətin payı 1,06 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi