Nar ixracının həcmi artıb

2025.02.14 11:17 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycandan xarici bazarlara 2 014,7 min dollar dəyərində 2 278,0 ton nar ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, nar ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 faiz, həcm olaraq 35,3 faiz artıb.