Ələt-Astara-İran ilə dövlət sərhədi magistral yolunun bir hissəsi yenidən qurulub VİDEO

2025.02.14 10:46 (UTC+04:00)

Mövcud M3 Ələt-Astara-İran ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidənqurulması yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.Yenidənqurma işləri vətəndaşların yolboyu rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.