Ötən il SİF 8 yaşıl layihə üzrə güzəştli kredit ayırıb

2025.02.13 14:10 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ildən etibarən yaşıl layihələrin maliyyələşməsini həyata keçirir.

Qurumun məlumatına görə, 2024-cü il ərzində Fond tərəfindən 8 yaşıl layihə üzrə ümumilikdə 2,6 milyon manat güzəştli kredit ayrılıb.