Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb. Təhsil müəssisəsinin yaradılmasında məqsəd turizm sektorunun inkişaf etdirilməsidir. BMT-nin Ümumdünya Turizm Təşkilatı və İsveçrənin "SHL" məktəbi müəssisənin təsis olunmasına dəstək göstərəcək. Regional hal rolunu oynayacaq akademiyada hər il 200 gənc təhsil alacaq. Məzunlar avtomatik olaraq işlə təmin olunacaqlar. Tədris proqramlarını beynəlxalq tərəfdaşlar təqdim edəcəklər.
Qeyd edək ki, 2018-ci ilin noyabrında BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili turizm sahəsində təhsil layihələrinin həyata keçirilməsi ilə bağlı memorandum imzalayıblar.