Aktiv vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 1,8 dəfə artıb

2025.02.13 12:02 (UTC+04:00)

"Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 800 mini keçib. İqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir. Burada da 3 dəfəyə yaxın artım var".

Bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.