Banklardakı əmanətlər 4,4 faiz artaraq 8,6 mlrd. manata çatıb

2019.07.30 17:58 (UTC+04:00)

Bu ilin iyun ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8.633,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz və ya 364,1 mln. manat artıb. APA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, cari ilin ilk yarısında tələbli depozitlər 18,1 faiz (505,7 mln. manat) artıb.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarısında 1,1 faiz (114,1 mln. manat) azalsa da, müddətli depozitləri 55,4 faiz (803,5 mln. manat) artaraq 2.253,2 mln. manata çatıb.