Armatur istehsalında artım qeydə alınıb

2025.02.12 11:05 (UTC+04:00)

2024-cü il ərzində ölkədə 438,6 min ton armatur istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin göstəricisi ilə müqayisədə istehsal həcmi 29,3 faiz və ya 99,4 min ton artıb.

Cari ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 23,8 min ton təşkil edib.